Azerbaycan- Zafer Tarihi (Günü)

Azerbaycan devleti 2020 yılında Eylül ayının 27-si tarihinde Qarabağ uğrunda savaşa başlamıştır. 2020 yılının ekim ayının 8-de yani savaşın 44-cü günü Azerbaycanın zaferi ile savaş bitmiştir. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! ❤️????????❤️????????❤️

Ekim 21, 2021 - 19:30
 2
Azerbaycan- Zafer Tarihi (Günü)
Azerbaycan- Zafer Tarihi (Günü)

Zəfər Günü — Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.[2]

Zəfər Günü

Azerbaijani people celebrating victory in Karabakh. Bulbul avenue2.jpg

Bakıda Azərbaycan xalqı

Qarabağdakı qələbəni qeyd edir.

Keçirilir

8 noyabr[1]

Növ

İş günü olmayan bayram günü

Mənası

İkinci Qarabağ müharibəsində qələbənin şərəfinə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam əsasında

Qeyd olunur

Azərbaycanda

Bağlıdır

İkinci Qarabağ müharibəsində qələbə ilə

Tarixi Redaktə

27 sentyabr 2020-ci il səhər saatlarında ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.[3][4][5] Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik[6][7], Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı[8], 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir.[9] Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.[10]

-ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl[11][12], 17 oktyabrda Füzuli[13][14], 20 oktyabrda Zəngilan[15][16], 25 oktyabrda Qubadlı[17][18] və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.[19][20][21] Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.[22]

2020-ci il noyabrın 20-də Ağdam,[23] noyabrın 25-də Kəlbəcər,[24] dekabrın 1-də Laçın rayonları[25] azad edilmişdir.

Zəfər Gününün təsis edilməsi Redaktə

Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməeli idi. [26] Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.[27] Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.[28]

Prezidentin sərəncamı Redaktə

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillər oldu. Bu müharibədə qələbə Prezident İlham Əliyevin bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalamışdır.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".[29]

Tepkiniz nedir?

like

dislike

love

funny

angry

sad

wow

Fatimə Ağazadə Kitap yazar ve okur